sinvar

Fələstinin HƏMAS hərəkatı hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın rəhbəri və rəsmi nümayəndəsi Məhəmməd Sinvarın ölümünü təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə radikal qrupun yeni nümayəndəsi bəyanatla çıxış edib.

“O, Qəzzədə şəhid edilib. Eyni zamanda təsdiq edirik ki, təşkilatın rəsmi sözçüsü Əbu Ubeydə da həlak olub. Lakin onların yolunu davam etdirəcəyik,” — deyə HƏMAS-ın hərbi qanadının yeni nümayəndəsi bildirib.

Yeni nümayəndənin kimliyi hələ açıqlanmayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: