İsrail Baş naziri Benyamin Netanyahu gələn həftə Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşməsi nəzərdə tutulan liderlər sırasında deyil.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Tayms of İsrail” qəzetinə adını açıqlamayan ABŞ rəsmisi deyib.
O iddia edib ki Netanyahu və Trampın iş qrafiklərini ikitərəfli görüş üçün uyğunlaşdırmaq mümkün görünmür:
“Buna görə də Tramp çərşənbə axşamı Böyük Britaniya, Meksika və Yaponiya liderləri ilə görüşdükdən sonra Çin sədri Si Szinpinlə görüşmək üçün Vaşinqtona qayıdacaq”.
Həmçinin qeyd olunub ki, Netanyahunun Nyu Yorkda cəmi bir gün qalması gözlənilir.
Qeyd edək ki, İsrail baş nazirinin ofisi verdiyi açıqlamada Netanyahunun ABŞ-a səfər proqramının hələ yekunlaşdırılmadığını bildirib.