07efbf3bb8cc50932163a0048cdf7c15

Rostov vilayətinin Neklinovski rayonunda noyabrın 26-ı matəm günü elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə rayon rəhbəri Vasili Danilenko Teleqramda məlumat yayıb.

“Bütün müəssisələrdə dövlət bayraqları yarıya qədər endiriləcək, əyləncə tədbirləri ləğv ediləcək”, – o yazıb.

Qeyd olunub ki, bu qərar Ukrayna Silahlı Qüvvələrinin (UAF) hücumu ilə bağlı qəbul edilib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin noyabrın 25-də Rusiyaya hücumu nəticəsində 3 nəfər ölüb, daha 9 nəfər yaralanıb. Onlarla fərdi evə ziyan dəyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: