Rusiyada 2026-cı ilin sonuna qədər 300 min nəfərin səfərbərliyə cəlb edilməsi ilə bağlı heç bir plan yoxdur.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, bu barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Qeyd edək ki, daha öncə “Bloomberg” Avropanın təhlükəsizlik sahəsində çalışan bir məmuruna istinadən Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmağa hazırlaşdığını yazıb.
Peskov isə bildirib ki, Rusiya hakimiyyətinin belə bir planı yoxdur.
Xatırladaq ki, Vladimir Putin 2022-ci ilin sentyabrında Rusiyada qismən səfərbərlik elan edib. Hakimiyyət həmin ilin oktyabrında çağırış tədbirlərinin başa çatdığını açıqlasa da, bununla bağlı ayrıca prezident fərmanı imzalanmayıb. 2026-cı ilin sentyabr ayının əvvəlində Putin Rusiyada yeni səfərbərlik dalğasına hazırlıq barədə xəbərləri də təkzib edib.
Əliyar Xəlil