Sumqayıt Dövlət Universitetinin (SDU) prorektoru Elşad Abdullayev vəzifəsindən azad edilib.
Globalinfo.az bildirir ki, Ölkə.az-ın əldə etdiyi xəbər görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
O, ali məktəbin elm və innovasiyalar sahəsinə cavabdeh olan prorektoru idi.
Qeyd edək ki, Abdullayev Elşad Tofiq oğlu 1981-ci il oktyabrın 20-də Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub.
2023-cü ilin dekabrında SDU-nun prorektoru təyin olunmuşdu.