owl detail 620 d263350a48f33defa99d8e2eed064cc5

Rusiyanın Yaroslavl vilayətində təxminən yarım əsr sonra nadir və Qırmızı Kitaba daxil edilmiş yosun növü aşkar olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb.

Nitellopsis obtusa növünə aid olan yosun Pleşşeyevo gölündə, eyniadlı milli parkın ərazisində aşkarlanıb. Bu növ iri ölçülü və çoxillik su yosunu kimi xarakterizə olunur.

Bu növ sonuncu dəfə 1973-cü ildə Yaroslavl şəhərinin Zavoljski hissəsindəki gölməçədə görünüb.

Mütəxəssislər qeyd edirlər ki, göldə təxminən 10 il əvvəl aparılan araşdırmalar zamanı həmin yosuna rast gəlinməyib. Bu isə onun Pleşşeyevo gölündə nisbətən yaxın zamanda məskunlaşdığını göstərir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: