
Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına seçkilər üzrə əsas səsvermə prosesinə start verilib.
Globalinfo.az xəbər verir ki, səsvermə ilk olaraq Kamçatka diyarı və Çukotkada başlayıb.
Həmin bölgələrdə seçki məntəqələri sentyabrın 18-də yerli vaxtla saat 08:00-da fəaliyyətə başlayıb.
Dövlət Dumasına seçkilərlə yanaşı, ölkənin müxtəlif regionlarında regional və bələdiyyə seçkiləri də keçirilir.
Bəzi seçici qrupları üçün isə əsas səsvermədən əvvəl erkən səsvermə imkanı yaradılıb. Bu kateqoriyaya ucqar ərazilərdə yaşayanlar, döyüş əməliyyatları zonalarında xidmət edən hərbi qulluqçular və hərbi vəziyyət tətbiq olunan 12 regionun sakinləri daxildir.
Dövlət Dumasına seçkilər və eyni vaxtda keçirilən digər seçkilər üzrə əsas səsvermə sentyabrın 18-dən 20-dək davam edəcək.
Safura Bənnayeva
Globalinfo.az