“Kanadanın Avropa İttifaqına (Aİ) assosiativ üzv olması Vaşinqton tərəfindən “düşmənçilik aktı” kimi qiymətləndiriləcək”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Trampın sözlərinə görə, Kanada ilə Aİ arasında bu istiqamətdə razılaşma əldə olunacağı təqdirdə ABŞ Avropadan idxal edilən məhsullara əlavə gömrük rüsumları tətbiq edə bilər:
“Tərəflərin niyyətləri müsbət olarsa, vəziyyət fərqli qiymətləndirilə bilər. Əks halda isə Avropadan gətirilən məhsullara yüksək tariflərin tətbiqi istisna edilmir. Həmçinin bəzi Avropa ölkələri ilə ticarətin tam dayandırılmasının mümkünlüyü də nəzərdən keçirilir”.
Tramp Kanadanın Aİ-yə assosiativ üzvlüyü perspektivini “gülünc” adlandırıb və ölkəni ABŞ üçün “dəhşətli ticarət tərəfdaşı” kimi xarakterizə edib.
Safura Bənnayeva
Globalinfo.az