2026-cı ilin avqust ayında Azərbaycandan 113 nəfər deportasiya edilib, 179 nəfər isə Avropa ölkələrindən ölkəyə readmissiya olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Qeyd olunub ki, readmissiya Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.