pentaqon 1

ABŞ Müdafiə Nazirliyinin baş müfəttişi İranla müharibənin ölkədə sursat çatışmazlığına və onların ehtiyatlarının yenilənməsində çətinliklərə səbəb olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Materialda qeyd olunur ki, bu qiymətləndirmə ABŞ Prezidenti Donald Trampın ölkənin demək olar, məhdudiyyətsiz sursat ehtiyatlarına malik olması ilə bağlı açıqlamaları ilə ziddiyyət təşkil edir.

Müstəqil nəzarət qurumu bildirib ki, fevral-iyun ayları ərzində ABŞ sursata 22 milyard dollardan çox vəsait xərcləyib.

Bu isə strateji ehtiyat çatışmazlığına gətirib çıxarıb.

Hesabatda həmçinin ehtiyatların yenilənməsinə mane olan istehsal bazasındakı dar boğazların aşkarlandığı bildirilib.

Qeyd olunub ki, Pentaqon hazırda çatışmazlığı aradan qaldırmaq və gözlənilməz vəziyyətlərə operativ reaksiya vermək üçün satınalma proseslərini və istehsal müddətlərini optimallaşdırmaq üzərində işləyir.

Bununla belə, Ağ Ev hesabatda əksini tapan qiymətləndirmələri rədd edib.

Bundan əvvəl “The New York Times” ABŞ-da kritik əhəmiyyətli sursat ehtiyatlarının tarixdə ən aşağı səviyyəyə çatdığını yazmışdı.

Nəşrin mənbəsinin məlumatına görə, ABŞ vitse-prezidenti Cey Di Vens yaz və yay aylarında Yaxın Şərq, Avropa və Asiyada yerləşən amerikalı hərbçilərlə şəxsən görüşüb.

O, ordudakı real sursat ehtiyatları və Yaxın Şərqə silah tədarükünün ABŞ-ın Çin, Rusiya və Şimali Koreyanı çəkindirmək imkanlarına necə təsir edəcəyi ilə bağlı hərbçilərin real qiymətləndirmələrini dinləyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: