6aa9b1457f1146aa9b1457f11517895058616aa9b1457f1126aa9b1457f113

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bu ölkənin dövlət naziri Səid bin Mübarək Əl-Hacəri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial media hesabında yazıb.

“Strateji tərəfdaşlıq çərçivəsində dinamik inkişaf edən AzərbaycanBƏƏ ikitərəfli münasibətlərini nəzərdən keçirdik, həmçinin regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi apardıq.

Regional orta güclər kimi AzərbaycanBƏƏ beynəlxalq münasibətlərdə sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verərək müsbət və konstruktiv rol oynayırlar”, – deyə o əlavə edib.

Paylaş: