İranda təyyarə mühərrik nasazlığı səbəbindən qəza enişi edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı yazıb.
Bildirilib ki, “Sepehran” aviaşirkətinə məxsus, Məşhəddən Kermanşaha uçan təyyarə təkərinin partlaması və pilotun mühərrikdə nasazlıq barədə məlumat verməsindən sonra havaya qalxdıqdan qısa müddət sonra geri qayıtmağa məcbur olub.
Salonda güclü silkələnmə başlayıb, baqaj rəflərindən əşyalar sərnişinlərin üzərinə düşüb. Təyyarənin göyərtəsi içəridən parçalanıb.
Heyət təyyarəni geriyə döndərib və Məşhəddə qəza enişi edib.
Məlumata görə, xəsarət alan yoxdur.
