“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) sərhədləri yaxınlığında NATO-nun hərbi infrastrukturunun yaradılması narahat edir”.
Globalinfo.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Talatbek Masadikov deyib.
O qeyd edib ki, NATO ölkələrinin KTMT-yə üzv bir sıra dövlətlərə qarşı sərt bəyanatları, eləcə də təşkilatın məsuliyyət zonasının sərhədləri yaxınlığında hərbi infrastrukturun yaradılması təşkilatı narahat etməyə bilməz.
Masadikov unsözlərinə görə, baş verən hadisələrin obyektiv təhlili göstərir ki, mövcud vəziyyət konstruktiv məqsədlər güdən heç bir ölkənin və ya beynəlxalq təşkilatın maraqlarına uyğun deyil.
Qeyd edək ki, son dövrlərdə NATO-nun Şərqi Avropa və KTMT-yə üzv ölkələrin sərhədləri yaxınlığında hərbi fəaliyyətləri Moskvanın və KTMT-nin diqqət mərkəzindədir.
Əliyar Xəlil
Globalinfo.az