Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.
Globalinfo.az xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.
Azərbaycanda yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq.
2026/2027-ci tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq.
Yeni tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub.
Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.