ChatGPT Image 15 %D1%81%D0%B5%D0%BD%D1%82. 2026 %D0%B3. 00 26 35

MİT-in (Milli Kəşfiyyat Təşkilatı) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində “Qurdlar Vadisi” teleserialının ssenaristlərinin dindirilməsi Türkiyədə onun fəaliyyətini yenidən gündəmə gətirib.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu müzakirələr fonunda Kozinoğlunun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə birgə fotosu sosial şəbəkələrin AzərbaycanTürkiyə seqmentində sürətlə paylaşılmaqdadır.

Fotonun 1992-ci ildə sərhəd məntəqəsində çəkildiyi iddia edilir.

4WaxMK6qaCFZVKliV2ZCg1MNE8ZC74Bii0NNdKvA 640 1

Qeyd edək ki, Kozinoğlu 1990-cı illərin əvvəllərində Azərbaycanda hərbi təlimlər keçib və Əbülfəz Elçibəyin Naxçıvana təxliyəsində rol oynayıb.

Xatırladaq ki, Kozinoğlu illər sonra “Ergenekon” işi üzrə həbs edilib və 2011-ci ildə cəzaçəkmə müəssisəsində vəfat edib.

Globalinfo.az xatırladır ki, Elçibəy 1993-cü ilin iyun ayında doğulduğu Kələki kəndinə getdikdən sonra onun orada mühafizəsi və peyk rabitəsi ilə təmin edilməsi ilə bağlı Türkiyə tərəfindən qərar qəbul edilmişdi. Həmin dövrdə Türkiyənin baş naziri Tansu Çillər idi. Peyk rabitəsi vasitəsilə Elçibəy Türkiyənin siyasətçiləri və dövlət rəsmiləri ilə əlaqə saxlaya, eləcə də Bakıda olan silahdaşları ilə vaxtaşırı danışa bilirdi.

Həmin dövrdə Kələkidə olan və ora gedib-gələn bir çox jurnalist, siyasətçi və ictimai fəal Türkiyədən gələn şəxsləri orada görüb. Onlar həmçinin Kələkidə peyk rabitəsi üçün quraşdırılan çanağın şahidi olublar.

Mümkündür ki, bu prosesə nəzarət Kaşif Kozinoğluya tapşırılıb. Digər ehtimala görə isə Kozinoğlu bu prosesdə fəal rol oynayan şəxslərdən biri olub.

Paylaş: