Yəmən ordusu Taiz vilayətində husilərə (“Ənsarallah”) qarşı əməliyyatlarını davam etdirir.
Globalinfo.az xəbər verir ki, ordu vilayətin qərbində “Ənsarallah” hərəkatının nəzarətində olan bir sıra mövqeləri geri alıb və irəliləyişini davam etdirib.
Əməliyyatlar zamanı Əş-Şəmayəteyn rayonunun Cərdad kəndində yerləşən strateji mövqelər də ordunun nəzarətinə keçib. Yəmən qüvvələri daha sonra Geyl Bəni Ömər istiqamətində hərəkət edib.
Ordunun əsas məqsədinin husilərin Taiz vilayətindəki mövqelərini zəiflətmək və onları bölgədən çıxarmaq olduğu qeyd edilir.
Əliyar Xəlill
Globalinfo.az