pezeskian 1

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın Yaxın Şərq siyasətini tənqid edib.

Globalinfo.az xəbər verir ki, Pezeşkian bu barədə “İndia Today”ə açıqlamasında danışıb. O bildirib ki, Vaşinqton region ölkələrinə silah və raketlər satmaqla onları qorxutmağa və öldürməyə çalışır.

Pezeşkianın sözlərinə görə, ABŞ-ın bu siyasəti regionda gərginliyin artmasına və ölkələr arasında qarşıdurmanın dərinləşməsinə səbəb olur.

İran prezidenti qeyd edib ki, region dövlətləri xarici müdaxilələrə qarşı birlikdə hərəkət etməli və təhlükəsizlik məsələlərində əməkdaşlığı gücləndirməlidirlər.

Tahir Turan
Globalinfo.az

Paylaş: