Vilnüs hava limanını bağlayan “dronlar” quş dəstəsi olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Litvanın Vilnüs hava limanının müvəqqəti bağlanmasına səbəb olan pilotsuz uçuş aparatlarının əslində quş dəstəsi olduğu məlum olub.
Hadisə ilə bağlı NATO qırıcısı da havaya qaldırılıb. Litvanın Milli Böhranların İdarə Edilməsi Mərkəzi 38 dəqiqə sonra hava təhlükəsi barədə xəbərdarlığı ləğv edib.
Qurum bildirib ki, radar görüntülərində quş dəstəsi ilə dronları ayırd etmək çətin olub”, – deyə bildirilib.
“Reuters” qeyd edir ki, son vaxtlar Finlandiya, Estoniya, Latviya və Litvanın hava məkanında PUA-ların görünməsi NATO ölkələrində narahatlıq yaradıb.
Əliyar Xəlil
Globalinfo.az