“İranın dəstəklədiyi husilər Yəməndə sürətli irəliləyişdən sonra Babülməndəb boğazının ortasında yerləşən strateji Perim adasına nəzarəti ələ keçirib”.
Globalinfo.az xəbər verir ki, bu addım husilərin boğaz üzərində mövqelərini daha da gücləndirib.
Babülməndəbin mümkün blokadasının qlobal neft təchizatına və beynəlxalq ticarətə ciddi təsir göstərə biləcəyi bildirilir.
Husilərin irəliləyişi ABŞ üçün də bölgədə yeni hərbi-strateji dilemma yaradıb.
Safura Bənnayeva
Globalinfo.az