“Apple”ın ilk qatlanan ekranlı telefonu “Ayfon Duo” Tayvanda ön sifarişə açıldıqdan cəmi 2 dəqiqə sonra tükənib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Modelə böyük maraq göstərildiyi bildirilir.
“Syfon Duo”nun Türkiyədə satışa başlanğıc qiymətinin isə 229 min 999 lirə (8 059,16 AZN) olacağı açıqlanıb.
Qeyd edək ki, sözügedən telefon markasının Azərbaycanda rəsmi qiyməti açıqlanmayıb.
Təxminən 8 min və daha çox olacağı gözlənilir.
Safura Bənnayeva
Globalinfo.az