“Ermənistan Türkiyə ilə sərhədin açılmasına hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.
Onun sözlərinə görə, Türkiyə ilə sərhəd keçid məntəqələrində zəruri infrastruktur işləri artıq tamamlanıb:
“Ermənistan sərhədin açılmasına istənilən an, hətta indi hazırdır”.
Xaçaturyan qeyd edib ki, sərhədin açılması Ermənistana Türkiyənin Aralıq dənizindəki limanlarından istifadə etmək imkanı da verəcək.
Safura Bənnayeva
Globalinfo.az