6aa553669162d6aa553669162e17892196866aa55366916296aa553669162b 1

İşğaldan azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb.

Globalinfo.az xəbər verir ki, bunu Kəlbəcərdə II Bal Festivalında kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycanda son illərdə arı ailələrinin sayında artım müşahidə olunur. Hazırda ölkədə 30 mindən çox arıçı və 800 minə yaxın arı ailəsi var.

Onun sözlərinə görə, Kəlbəcərdə arıçılıq qədim ənənələrə malikdir və azad edilmiş ərazilərə qayıdan əhalinin arıçılıq fəaliyyəti ilə məşğul olması üçün dövlət tərəfindən dəstək göstərilir.

Paylaş: