Moskva Amerikanın sülhməramlı səylərinin bəhrəsini verəcəyinə ümid edir.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
“Hələlik amerikalılarla heç bir əməkdaşlıq yoxdur. Gəlin bundan başlayaq. ABŞ-ın çox minnətdar olduğumuz, davam edən və indi yenidən fəallaşan sülhməramlı səyləri var. Səmimi qəlbdən ümid edirik ki, bu səylər bəhrəsini verəcək”, – Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.(APA)