Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq Qastronomiya Kəndi festivalına qatılıb və qonaqlara milli mətbəx nümunələri təqdim edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyi “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Beynəlxalq Qastronomiya Kəndi münasibətilə nüfuzlu Konkord meydanında Azərbaycan pavilyonu sizi qədim ənənələr və yaradıcılıq arasındakı incə və müasir qastronomiyasının bütün zənginliyini kəşf etməyə dəvət edir”, – məlumatda bildirilib.
Xatırladaq ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da bununla bağlı paylaşım edib.
🧑🏻🍳À l’occasion du Village international de la gastronomie, sur la prestigieuse place de la Concorde, le pavillon de l’#Azerbaïdjan vous invite à découvrir toute la richesse de sa gastronomie fine et contemporaine, entre traditions ancestrales et créativité. https://t.co/2Yut9bKrIx
— Azerbaïdjan en France (@AzAmbassadeFr) September 11, 2026