Türkiyə–İran sərhədində vəziyyətlə bağlı görüntülər yayılıb.
Globalinfo.az xəbər verir ki, Bazərqan–Gürbulaq sərhəd-keçid məntəqəsi ərazisində çəkildiyi bildirilən videolarda Türkiyə ərazisinə keçə bilməyən avtomobillərin uzun növbə yaratdığı iddia olunur.
Məlumatlarda sərhəddə 200-300-ə yaxın avtomobilin gözlədiyi bildirilir.
Həmçinin sosial şəbəkələrdə Türkiyə tərəfinin İran vətəndaşlarının ölkəyə girişini müvəqqəti məhdudlaşdırdığı barədə iddialar yayılıb. Buna görə iki ölkə arasında quru sərhədindən keçidlərin çətinləşdiyi qeyd olunur.
Hələ ki Türkiyə və İranın aidiyyəti qurumları vəziyyətlə bağlı rəsmi açıqlama verməyib.
Tahir Turan
Globalinfo.az