Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Litvanın Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə dünya xəritəsindən silinəcəyini bəyan edib.
Globalinfo.az xəbər verir ki, o bu barədə Sibir Federal Dairəsinə səfəri zamanı danışıb.
“Əgər Litva ərazisində nüvə silahı yerləşdirilsə və Rusiya cavab zərbəsi endirsə, NATO bu ölkəni müdafiə etməyəcək”, – Medvedev vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az