Türkiyənin Sivas vilayətində zibillikdə 128 ədəd tarixi əsər aşkarlayaraq onları muzeyə təhvil verən Mehmet Özdemir təklif olunan mükafatın məbləğindən narazı qalıb.
Globalinfo.az xəbər verir ki, Özdemir tapıntıları aidiyyəti muzey idarəsinə təhvil verdikdən sonra ona 30 min lirə (1051 manat) məbləğində mükafat təklif edildiyini bildirib. O isə bu məbləğin tapıntıların dəyərinə uyğun olmadığını düşünərək qərara etiraz etmək istəyib.
Onun sözlərinə görə, etirazının araşdırılması üçün yeni komissiyanın yaradılması tələb olunub və bunun üçün ondan 16 min lirə ( 560,48 manat) ödəniş istənilib.
Özdemir bu vəziyyətin onun üçün əlavə maddi yük yaratdığını bildirərək, məsələyə yenidən baxılmasını və hüquqlarının təmin olunmasını tələb edib.
Safura Bənnayeva
Globalinfo.az