imamoglundan kilicdarogluna cok agir sozler allah 20227775 8523 amp

Həbsdə məhkəmə qarşısına çıxarılan İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlunun onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, İmamoğlu Kılıçdaroğlunun “o, siyasi məhbus deyil” ifadəsinə cavab olaraq özünü demokratiya və ədalət uğrunda mübarizənin “siyasi əsiri” kimi xarakterizə edib.

“Mən cümhuriyyət, demokratiya və ədalət uğrunda mübarizənin məhbusuyam. Amma Yaradanıma şükürlər olsun ki, millətin gözündə küçəyə çıxa, prospektlərdə, meydanlarda gəzə bilməyən, cəmiyyətin vicdanına həbs olunmuş siyasi bədən deyiləm”, – Ə.İmamoğlu qeyd edib. 

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: