husil%C9%99r

Yəmən husiləri Qırmızı dəniz sahilində yerləşən Moha liman şəhərinə nəzarəti ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” Yəmən hökumətindəki dörd hərbi mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, şəhərə nəzarətin ələ keçirilməsi husilərin dünyanın ən mühüm dəniz ticarət marşrutlarından biri olan Bab əl-Məndəb boğazı ətrafındakı mövqelərini gücləndirib. Eyni zamanda, husilər strateji əhəmiyyət daşıyan Haniş adalarına hücumlara başlayıblar. Daha sonra iki mənbə “Reuters”ə husilərdən ibarət qüvvələrin adalara çatdığını bildirib.

Agentlik qeyd edir ki, husilərin Bab əl-Məndəb boğazına tam nəzarəti ələ keçirməsi enerji daşıyıcılarının ikinci böyük tranzit dəhlizi vasitəsilə daşınmasının azalmasına və neft qiymətlərinin kəskin bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət həmçinin İranın ABŞ-la müharibədə mövqelərini gücləndirəcək.

“Reuters” yazır ki, husilər bu su yoluna tam nəzarəti təmin etdsə, onların əsas dəstəkçisi olan İran mühüm üstünlük qazanacaq. Bu, ikinci böyük tranzit dəhlizi ilə enerji təchizatının məhdudlaşdırılması və neft qiymətlərinin kəskin artması ilə nəticələnə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: