Ermənistan ən azı üç peyk buraxmağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə keçirilən Beynəlxalq Kosmik Sammitdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, buraxılması planlaşdırılan peyklərdən ikisi Yer səthinin məsafədən müşahidəsi, biri isə telekommunikasiya məqsədləri üçün istifadə olunacaq.
Paşinyan bildirib ki, İrəvan peyklərin idarə olunması, həmçinin onlardan əldə edilən məlumatların qəbulu, emalı və təhlili üçün yerüstü infrastruktur və öz imkanlarını da inkişaf etdirmək niyyətindədir.
Bundan əlavə, Ermənistan hakimiyyəti yalnız ölkənin daxili tələbatlarını təmin etməyəcək, həm də beynəlxalq kosmik missiyalarda iştirak edəcək paylanmış yerüstü stansiyalar şəbəkəsi yaratmağı planlaşdırır.
Baş nazir qeyd edib ki, Ermənistan hökumətinin 2026–2031-ci illər üzrə proqramında milli kosmik imkanların inkişafı ayrıca strateji istiqamət kimi müəyyənləşdirilib.
Əliyar Xəlil