Kanada narahatdır – Tramp zarafat etmirdi

trudo

Kanadanın Baş naziri Castin Trüdo ABŞ Prezidenti Donald Trampın Kanadanı 51-ci ştat kimi görmək istəyində zarafat etmədiyini düşünür və bunu real təhlükə hesab edir.

Globalinfo.az xəbər verir ki, “CTV” televiziya kanalı məlumat yayıb.

Məlumata görə, Trüdo bu barədə Trampın Kanadaya böyük tariflər tətbiq etmək təhdidləri qarşısında Vaşinqtonla münasibətlər strategiyasının hazırlanması məqsədilə təşkil edilən konfrans zamanı danışıb.

O, ABŞ-ın Kanadanın minerallarına ehtiyacı olduğunu, Kanadanın heç vaxt 51-ci ştat olmayacağını deyib.

Xatırladaq ki, Tramp daha əvvəl bir çox kanadalının öz ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasının tərəfdarı olduğunu demişdi.

Aysel Əliyeva
Globalinfo.az