Yəmənin Qırmızı dəniz sahilində yerləşən Moxa şəhəri ətrafında vəziyyət kəskinləşib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Ərəbi” televiziyası məlumat yayıb.
“Ənsarullah” hərəkatının (husilər) şəhərə nəzarəti ələ keçirdiyi iddia olunur.
Bildirilir ki, Moxa son günlər Yəmənin qərbində gedən şiddətli döyüşlərin əsas istiqamətlərindən birinə çevrilib.
Bununla belə, şəhərin tam olaraq husilərin nəzarətinə keçməsi barədə məlumat hələlik müstəqil və etibarlı mənbələr tərəfindən təsdiqlənməyib.
Digər məlumatlarda isə hökumət qüvvələrinin Moxa istiqamətində mövqelərini qoruduğu və bölgədə döyüşlərin davam etdiyi bildirilir.
Safura Bənnayeva
Globalinfo.az