oAlw8PePllV2tH1tIjjUPWsOj3hIVdHzy0MNKCML

ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Deyvid Allenin sentyabrın 8-də Azərbaycana səfəri müzakirələrə səbəb olub. 

Globalinfo.az xəbər verir ki, Allen Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşdə TRIPP layihəsinin icrasını müzakirə edib. 

Allenin səfəri Ermənistanda təəccüblə qarşılanıb, onun Bakıda hansı məsələlərlə bağlı fikir mübadiləsi aparması suallar doğurub.

Azadlıq Radiosu”nun Ermənistan nümayəndəliyi məsələ ilə bağlı ABŞ-ın İrəvandakı səfirliyinə sorğu ünvanlayıb. Səfirliyin sözçüsü səfərlə bağlı məlumat verib:

TRIPP layihə vizyonundan icra mərhələsinə keçdikcə, proses sıx regional koordinasiya tələb edir. TRIPP-in tam tətbiqini və ABŞErmənistan Çərçivə Sazişində götürülmüş öhdəlikləri dəstəkləmək üçün İrəvan və Bakıdakı ABŞ səfirlikləri müvəqqəti işlər vəkili Deyvin Allenin Bakıya səfərini təşkil etmək üçün birgə çalışıblar”. 

Ermənistan KİV yazır ki, ABŞ səfirliyinin məsələ ilə bağlı rəsmi açıqlama yaymaması, sadəcə sorğunu cavablandırması diqqət çəkir.

17888798993170742971 1200x630
Bakıdakı görüşdən

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: