“Təhlükəsizlik üçün demarkasiyaya gedirik” – Paşinyan

“Biz deyirik ki, sərhədlər müəyyənləşsin, müxalifət deyir, Ermənistan nə əldə edəcək?”

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Təhlükəsizliyin təmin olunması üçün siyasi, hərbi və diplomatik şərait olmalıdır. Dövlət sərhədindən etibarlı hüquqi və siyasi təhlükəsizlik şərti yoxdur. Demarkasiyaya gedirik”, – Paşinyan bildirib.

Safura Bənnayeva
Globalinfo.az