1952-ci il təvəllüdlü şəxs (Xalq artisti Zuar Rzayev – red.) 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Göstərilən zəruri reanimasiya tədbirləri nəticəsində vəziyyətində stabilləşmə müşahidə edilən pasiyentin müalicəsi Terapiya şöbəsində davam etdirilir.
***
Xalq artisti Zaur Rzayev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Globalinfo.az bildirir ki, bu barədə APA-ya açıqlamasında xəstəxananın diretoru Zaur Xəlilov məlumat verib.
O bildirib ki, Xalq artistinin vəziyyəti qənaətbəxşdir və o, palata şəraitində müalicə alır. O, bir neçə gün sonra xəstəxanadan evə buraxılacaq.