“Almaniya hökumətinin Ukraynaya dəstək siyasəti dəlilikdir”.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.
O, Almaniyanın müdafiə naziri Boris Pistoriusun Kiyevə “Patriot” sistemləri üçün raketlər göndərmək planlarını şərh edib.
“Ukraynaya nə bir silah, nə də bir avro verilməlidir! Dayanın!” – deyə Filippo yazıb.
Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərində istifadə olunan PAC-2 raketlərinin partiyasının göndəriləcəyini açıqlayıb.
Onun sözlərinə görə, Almaniya Ukraynaya hərbi dəstəyi gücləndirəcək.
Almaniya əlavə IRIS-T hava hücumundan müdafiə sistemləri, “hava-hava” tipli AIM-9 raketləri və minlərlə zərbə dronu göndərməyi planlaşdırır. Bundan əlavə, Berlin Britaniya konsorsiumu vasitəsilə on minlərlə uzaqmənzilli artilleriya mərmisinin alınmasına vəsait ayıracaq.
Boris Pistorius həmçinin Kiyevin tərəfdaşlarını Ukraynaya qışa hazırlaşmaqda kömək etməyə çağırıb. Onun sözlərinə görə, qışda Rusiyanın ölkəyə zərbələri güclənə bilər.
Əliyar Xəlil
Globalinfo.az