ruminiya

Moldovanın hava məkanına pilotsuz təyyarənin daxil olmasından sonra Rumıniyanın şimal-şərqindəki bir neçə qraflıqda hava həyəcanı elan edilib.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, İasi Beynəlxalq Hava Limanından bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Xəbərdarlıq mesajını İaşi, Vaslui, Nămăci, Botoşani qraflıqlarının şimal hissəsinin sakinlər alıb. Onlar sakit qalmağa və zirzəmilərdə və ya mülki müdafiə sığınacaqlarında sığınmağa, pəncərələrdən və xarici divarlardan uzaqda qalmağa çağırılıb.

Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, hava hədəfi saat 17:47-də Roman şəhərindən təxminən 18 km şimalda, radar sistemləri tərəfindən aşkar edilib. Rumıniyada gücləndirilmiş NATO hava polisi əməliyyatında iştirak edən İspaniya Hava və Kosmik Qüvvələrinin iki F-18 qırıcı təyyarəsi vəziyyəti izləmək üçün Mixail Koqălniçău hava bazasından havaya qaldırılıb.

Moldova hakimiyyəti bildirib ki, müşahidə sistemləri dronu ölkənin hava məkanında saat 17:20-də aşkar edib. İlkin məlumatlara görə, bu, Ukraynadan daxil olan və Moldova vasitəsilə Rumıniyaya doğru gedən “Şahed” dronu olub.

Paylaş: