1773662844 turkiye

Türkiyə Xarici İşlər Nazirliyi Bosniya müharibəsi zamanı soyqırım və insanlığa qarşı cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilmiş serb general Ratko Mladiçin hərbi mərasimlə dəfn olunmasına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, XİN sözçüsü Öncü Keçeli sözügedən şəxsin qəhrəman kimi dəfn edilməsinin yolverilməz olduğunu deyib.

“Soyqırım, insanlığa qarşı cinayətlər və müharibə cinayətlərinə görə beynəlxalq məhkəmələr tərəfindən qəti hökm ilə məhkum edilmiş Ratko Mladiçin dəfn mərasiminin törədilmiş ağır cinayətlərin və yaşanmış insan faciələrinin inkarı mənasına gələcək şəkildə istismar edilməsi qəbuledilməzdir”, – o bildirib.

Qeyd edək ki, Mladiç 1990-cı illərdə Bosniya müharibəsi zamanı törədilən soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmişdi.

Onun Belqradda hərbi mərasimlə dəfn edilməsi beynəlxalq səviyyədə də tənqidlərə səbəb olub.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: