Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilir.
Qeyd olunur ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirilib.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.