vv

Bakı Metrosu” QSC-nin “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres marşrutda ikinci oxuma cihazı (validatorlar) quraşdırılıb.

Bu barədə Globalinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, ikinci validator sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə quraşdırılıb. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.

Xatırladaq ki, daha əvvəl M1 nömrəli ekspres marşrutda ikinci validator quraşdırılıb.

Paylaş: