“Ermənistan Türkiyə ilə sərhədin açılması və iki ölkə arasında diplomatik münasibətlərin qurulması istiqamətində səylərini davam etdirir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.
Onun sözlərinə görə, sərhəd-keçid məntəqələrində lazımi hazırlıq işləri görülüb və burada insanların, yüklərin və nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək mümkündür:
“Biz həm sərhədlərin açılması, həm də diplomatik münasibətlərin qurulması üçün hər şeyi edirik. Proses hazırda diplomatik fasilədədir. Məqsəd yalnız Ermənistan-Türkiyə münasibətlərinin inkişafına deyil, bütövlükdə regionda sülhün təmin olunmasına xidmət edəcək həll yolu tapmaqdır”.
Safura Bənnayeva
Globalinfo.az