SEPAH 1

İran mümkün yeni qarşıdurma zamanı İsrailə eyni vaxtda bir neçə istiqamətdən hücum təşkil etməyə hazırlaşır.

Glibalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası İsraildəki mənbələrin analizlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, Tehran “Hizbullah”, HƏMAS, husilər və İraqdakı İranmeyilli qrupların paralel şəkildə hərəkətə keçməsini nəzərdə tutan çoxcəbhəli strategiya üzərində işləyir.

İddialara əsasən, belə bir planın əsas məqsədlərindən biri əvvəlki qarşıdurmalarda, xüsusilə oktyabrın 7-də baş verdiyi bildirilən koordinasiya probleminin təkrarlanmasına yol verməməkdir.

Məlumata görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin nümayəndələri regiondakı müttəfiq qrupların komandirləri ilə əlaqələr saxlayır və mümkün əməliyyatın koordinasiyası məsələlərini müzakirə edirlər.

Hələ ki İran tərəfi sözügedən iddialara münasibət bildirməyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: