20220324 2 52774549 75071690 web 2rtw cover

Ukrayna Ali Radasının deputatı Maryana Bezuglaya qadınların orduya kütləvi cəlbinin yalnız zaman məsələsi olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, deputat bunun münaqişə başa çatdıqdan sonra məcburi hərbi xidmətə, yoxsa hərbi vəziyyət dövründə səfərbərliyə aid olduğunu dəqiqləşdirməyib.

Bezuglaya İsrail qadın hərbçisinin fotosunu paylaşaraq, yəhudi polkovnik Efrat Kaykovun sözlərini sitat gətirib:

“Vətəni müdafiə etmək məsələsinə gəldikdə, cinsiyyətin əhəmiyyəti yoxdur”.

Qeyd edək ki, avqustun əvvəlində Ukrayna Nazirlər Kabinetinin saytında uşaq sahibi olmayan qadınların da hərbi xidmətə çağırılmasını nəzərdə tutan petisiya yerləşdirilmişdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: