Ermənistanın Baş naziri Nikol Paşinyan Naxçıvanın Kərki kəndi ilə bağlı məsələyə aydınlıq gətirib.
Globalinfo.az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Paşinyan bildirib ki, o, Tiqranaşen (ermənilər Kərkini belə adlandırır – red.) barədə heç nə deməyib, söhbət Kərki ərazisindən gedib.
“Seçkiqabağı dövrdə mən anklavlar barədə danışmışam. Burada hər hansı yenilik yoxdur”, – Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, bu məsələ ilə bağlı hər hansı razılaşma mövcud deyil.
Paşinyan məsələnin müəyyən qədər həll olunduğunu düşündüyünü də bildirib:
“Problemi qismən həll olunmuş hesab edirəm. Jurnalistlər və müxalifət bunu necə qəbul edib, bilmirəm, amma Ermənistan cəmiyyəti mənim mesajımı qəbul edib və Ermənistanda artıq bu məsələ ilə bağlı əvvəlki kimi gərginlik yoxdur”.
Qeyd edək ki, Tiqranaşen və Kərki eyni ərazidir. Ehtimala görə, Paşinyan bu açıqlaması ilə demək istəyir ki, Tiqranaşen adı ilə yeni bir məsələ qaldırmayıb, əvvəldən müzakirə edilən məsələ Kərki və anklavlar olub.
Əliyar Xəlil
Globalinfo.az