20251025 gaf u04 171 pic 32ratio 900x600 900x600 88959

ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modinin dəvəti ilə gələn il ölkəyə səfər edəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə çıxışın səsyazısı Ağ Evin rəsmi “YouTube” kanalında yayımlanıb.

Tramp çıxışında bildirib ki, Modi onun Hindistana gəlməsini istəyən dostdur və bu dəvəti məmnuniyyətlə qəbul edəcək.

“Biz bunu anlayacağıq. Baş nazir Modi əla oğlandır. Gələn il gedəcəyəm”, – deyə ABŞ Prezidenti əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Tramp Hindistanın Rusiyadan neft idxalını böyük ölçüdə dayandırdığını vurğulamışdı. Lakin Hindistanın enerji şirkəti ONGC-nin sədri və baş direktoru Arun Kumar Sinq noyabrın 5-də açıqlama verərək bildirib ki, şirkət sanksiyalara məruz qalmadığı üçün treyderlər vasitəsilə Rusiya neftini almağa davam edəcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: