“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşümüzün əsas mövzusu sülh prosesinin dərinləşdirilməsi oldu”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
Simonyan bildirib ki, Bakı və İrəvan bəzi məsələlərin həlli üçün yeni mexanizmlərin tətbiqi barədə razılığa gəliblər:
“Məmnuniyyətlə təsdiqləyə bilərəm ki, Azərbaycan tərəfi sülhlə bağlı bütün addımları atır və atacaq. Azərbaycana səfər etməyim istisna deyil. Lakin hələ tarix açıqlama bilmərəm”.
Simonyanın sözlərinə görə, tərəflər həll olunmamış məsələlərin tənzimlənməsi üçün yeni mexanizmlər tətbiq etmək barədə razılığa gəliblər.
Əliyar Xəlil
Globalinfo.az