HƏMAS-dan İsrailə iki müraciət: Edam hədəsi və sülh müzakirəsi…

“İsrail qoşunlarının yaşayış binalarına və mülki obyektlərə hücumlarına cavab olaraq girovlar edam olunacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl Hadath” telekanalı məlumat yayıb.

Telekanal bildirib ki, fələstinli radikallar əsir götürülmüş israillilərin edamlarını lentə alaraq sosial şəbəkələrdə dərc etməklə hədələyirlər.

Telekanal həmçinin qeyd edib ki, Fələstinin HƏMAS radikal hərəkatı İsraillə barışığı müzakirə etməyə hazır olduğunu bildirib.

“Biz İsraillə atəşkəsi müzakirə etməyə hazırıq”, – HƏMAS-ın bəyanatında bildirilib.

Globalinfo.az