5242515838772911520

Tünzalə Muradova Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Strateji Planlaşdırma Departamentinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Globalinfo.az nocomment.az-a istinadən xəbər verir ki, bu barədə AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Tünzalə Muradova bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyində Beynəlxalq təşkilatlar və maliyyə institutları ilə əməkdaşlıq sektorunun müdiri vəzifəsində çalışıb.

Paylaş: