eliyev putin kollaj 900x600 1

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi “müasir və ziyalı insan” adlandırıb.

Globalinfo.az xəbər verir ki, Putin bu barədə Qarabağ ətrafında baş verən hadisələrdən danışarkən bildirib.

    O qeyd edib ki, Qərb ölkələri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və orada yaşayan erməni əhalisinin hüquq və maraqlarının təmin ediləcəyini bildirirdilər.

    Prezident Əliyev Qarabağın erməni əhalisinə pis heç nə etməyəcək. O, müasir, ziyalı insandır. Onların maraqlarını təmin etməyə çalışacaq, buna yüz faiz əminəm. Amma onlar yenə də orada qalmayacaqlar. Belə də oldu”, – Rusiya lideri bildirib.

    Putin vurğulayıb ki, Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi ilə bağlı Rusiyanın irəli sürdüyü təkliflərdən özü imtina edib.

    Paylaş: