pensiya

Dövlət tərəfindən ödənilən aylıq sosial müavinətlərdən yararlanan vətəndaşların sayında artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Globalinfo.az-a bildirilib ki, 2026-cı il iyulun 1-i vəziyyətinə ölkə üzrə 476 310 nəfər aylıq sosial müavinət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.

Bu kateqoriya üzrə yaşa görə müavinət alanların sayı 6,2 faiz artaraq 176 398 nəfərə, əlilliyə görə müavinət alanların sayı isə 1,2 faiz artımla 223 862 nəfərə çatıb.

Paylaş: